Yuxarı

Ərdoğan Rusiyaya gedir: Qərb narahatdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa ölkələri bir ağızdan deyirlər ki, Türkiyə ilə əməkdaşlıqda maraqlıdırlar, ancaq bu ölkənin Prezidenti Rəcəb Təyyub Ərdoğanla münasibətləri istiləşdirmək fikirləri yoxdur. Bu o deməkdir ki, Ərdoğan prezident olduğu müddətdə bir çox Avropa ölkəsinə rəsmi səfərə dəvət edilməyəcək. Bəs bunun əvəzində nə baş verir?

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ərdoğanın mayın 3-də Rusiyaya səfərini şərh edərkən qeyd edib. Politoloq Ərdoğanın may ayı ərzində səfər edəcəyi ölkələrin trayektoriyasına diqqət çəkib:

“Bunlar Rusiya, Hindistan və Çindir. Bu seçim ona gətirib çıxarır ki, Ankara tədricən Avropadan uzaqlaşır. Bundan hər iki tərəf uduzur.

Ərdoğanı gələn həftə Rusiyada gözləyirlər. Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarını Soçiyə dəvət edib. Ərdoğan səfər öncəsi Putinə xoş sürpriz edib. Rusiya vətəndaşlarının Türkiyədə vizasız qalma müddəti 60 gündən 90 günə qədər uzadılıb”.

Politoloq Putinlə Ərdoğanın müzakirə predmetinə də toxunub:

“Heç çübhəsiz əsas mövzu Suriya olacaq. Bundan başqa, Putin Türkiyəni Rusiya-İran ittifaqına yaxınlaşdırmaq istəyir. Elə Ərdoğanın özü də Rusiya-İran-Türkiyə üçlüyü içərisində dialoqun genişlənməsinin tərəfdarıdır. Növbəti üçlü görüşün Tehranda həyata keçirilməsi planlaşdırılır. Ancaq bu İranda prezident seçkisindən erkən baş verməyəcək”.

Tarix
2017.04.25 / 13:46
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla