Yuxarı

Mingəçevirdə qanlı dava: Mağaza sahibi döyüldü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində küt alətlə mağaza sahibini döyən şəxs ona çoxsaylı bədən xəsarətləri yetirib.

Report xəbər verir ki, hadisə 20 yanvar küçəsində baş verib.

Belə ki, həmin küçədə yerləşən "Elit" marketi icarə əsasında işlədən 1966-cı il təvəllüdlü Adil Qəzənfər oğlu Abbasov işlətdiyi mağazada müştərisi və qonşusu olan şəxs tərəfindən küt alətlə döyülüb. Hətta baltadan da istifadə olunduğu bildirilən dava zamanı mağazanın şüşələrinin bir hissəsi qırılıb.

A.Abbasov xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsi zamanı onun boyun nahiyəsində kəsiklər və baş nahiyəsində çoxsaylı yaralar olduğu məlum olub. Ona tibbi yardım göstərilib.

Məlumata görə, A.Abbasovu döyən şəxs onun qonşusu və daimi müştərisidir. Mağazada dava nağdsız ödənişlər üstə başlayan mübahisə nəticəsində baş verib. Həmin şəxs iddia edib ki, A.Abbasov onun kartından artlq pul çıxarıb.

Faktla bağlı Mingəçevir Polis şöbəsində araşdırma aparılır.

Tarix
2017.06.26 / 17:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla