Yuxarı

Bu addım etik dəyərlərdən kənardır - XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev kanadalı parlament üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri ilə bağlı Kanada KİV-ə müsahibə verib.

Trend-in məlumatına görə, Kanadanın aparıcı KİV-lərindən olan “The Globe and Mail”də “İki Mühafizəkar parlament üzvünün işğal olunmuş ərazilərə səfər etdikləri üçün Azərbaycana girişlərinə qadağa qoyulub” (Two Conservative MPs banned from Azerbaijan for visiting occupied territories) başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Kanadanın aparıcı jurnalisti Robert Fifidir.

Məqalədə Kanada parlamentinin üzvləri Toni Kleman və Reyçel Harderin son 16 ayda ardıcıl və qanlı toqquşmaların baş verdiyi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərə səfərləri səbəbindən Azərbaycana girişlərinə qadağa qoyulduğu bildirilir.

Məqalədə sözügedən parlament üzvlərinin Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri H.Hacıyevə istinadən Ermənistan tərəfinin təbliğat aləti olmaqda və Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymamaqda günahlandırıldığı vurğulanır.

Həmçinin H.Hacıyevin sözlərindən sitatlar gətirilərək 1 milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, kanadalı parlamentarilərin bu kimi səfərləri ilə sözügedən etnik təmizləməyə dəstək verdikləri və bu addımın tamamilə mənəvi etik dəyərlərdən kənar olduğu bildirilir. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunu işğal etdiyi qeyd olunur.

Açıqlama vermək məcburiyyətində qalan və qeyri-qanuni səfərdə iştirak edən T.Kleman bu səfərin guya humanitar xarakter daşıdığı və münaqişədə tərəf tutmadığını deyərək özünə bəraət qazandırmağa çalışıb. Səfərin maliyyələşməsinə gəlincə, etiraf etməli olub ki, bu səfər dolayısilə Amerika erməni milli komitəsinin Kanada bürosu tərəfindən təşkil olunub. Amerika erməni milli komitəsi rasist və kriminal erməni lobbi təşkilatıdır.

Məqalədə fikirləri əks olunan Kanada XİN rəsmisi Kanada hökumətinin vətəndaşları Dağlıq Qarabağa səfərlərdən çəkinməyə çağırdığı və Kanadanın ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı səylərini dəstəklədiyi qeyd olunur.

Tarix
2017.09.02 / 12:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla