Yuxarı

ABŞ Azərbaycana 26 milyon ayırdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) İdarəsinin kommersiya tipli dəmir yollarında qadağalara dair təlimi başlayıb.

Report-un məlumatına görə, tədbir zamanı Birləşmiş Ştatlardan olan mütəxəssislər beynəlxalq sərhədlərdən keçən sərnişin və yük qatarlarını yoxlayan Azərbaycanın və Gürcüstanın sərhəd mühafizəçiləri ilə müdaxiləsiz (qeyri intruziv) yoxlama avadanlığının istifadəsi də daxil olmaqla yoxlama üsullarını və ən yaxşı təlim-təcrübələri bölüşəcəklər.

Səfirlikdən bildirilib ki, Azərbaycanın 12 və eyni sayda Gürcüstan gömrük işçisi qaçaqmalçılıqla bağlı problemləri həll etmək üçün qarışıq heyətlərdən ibarət kursda iştirak edəcəklər. Praktik məşğələlər yük və sərnişin vaqonlarında qaçaq malın axtarışlarını əhatə edəcək.

Təlimin məqsədi qeyri-qanuni yüklərin aşkarlanması və qeyri-qanuni daşınmalarının qarşısının alınması sahəsində Azərbaycan və Gürcüstanın təcrübələrinin artırılmasıdır. Diplomatik nümayəndəlikdən verilən məlumatda vurğulanıb ki, Azərbaycan və Gürcüstanın Avropa, Asiya və Orta Şərqin kəsişməsində yerləşən coğrafi mövqeyi, Rusiya, Ermanistan və İranla həmsərhəd olması, kütləvi qırğın silahlarının yayılmanın qarşısının alınması və sərhədlərin qorunması üzrə ABŞ-Azərbaycan-Gürcüstan strateji əməkdaşlığın möhkəmləndirilməsini vacib edir.

Təlim noyabrın 3-də yekunlaçacaq.

Qeyd edək ki, EXBS proqramının Azərbaycan və Gürcüstanla təhlükəsizlik sahəsində uzun müddətli əməkdaşlıq tarixi var.

"Biz kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında ümumi məqsədləri bölüşürük. Birləşmiş Ştatlar, Azərbaycan və Gürcüstanla sərhəd təhlükəsizliyi məsələlərində yaxından əməkdaşlıq edir və bu cür əməkdaşlıq ölkələrimiz arasındakı əla tərəfdaşlığı gücləndirməyi davam edir. Bu təlim ölkələrimizin kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasına, həmçinin Azəbaycan və Gürcüstanın qeyri-qanuni yüklərin aşkarlama və onların daşınmasına qadağa qoyulması sahəsində sübut olunmuş icra bacarıqlarının artırılmasına dair götürdüyü uzunmüddətli öhdəliyi numayiş etdirir. EXBS 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərir və 26.3 milyon ABŞ dolları məbləğində təlim, avadanlıq və dəstəyini təmin edilib", - ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Tarix
2017.10.30 / 10:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla