Yuxarı

XİN rəhbəri Lanzilottanı qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilərək qarşılıqlı səfərlərin əhəmiyyətindən söz açılıb.

Tərəflər bu səfərin parlamentlərarası əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminliklərini bildiriblər.

Azərbaycan-İtaliya münasibətlərinin hazırkı vəziyyəti və onların inkişaf etdirilməsi yolları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılaraq iki ölkə arasında siyasi, iqtisadi, enerji, habelə mədəniyyət, turizm və təhsil sahələrində əməkdaşlığın hazırkı inkişaf səviyyəsinin xalqlarımızın maraqlarına cavab verdiyi qeyd olunub. Bu xüsusda ölkələrimiz arasında mövcud siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsi təqdir edilərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

İtaliyanın Avropa İttifaqında Azərbaycanın mühüm ticarət tərəfdaşı olduğu qeyd olunaraq Cənub Qaz dəhlizinin vacib komponenti olan TAP layihəsinin strateji əhəmiyyətinə toxunulub. TAP layihəsi çərçivəsində işlərin qrafikə uyğun olaraq vaxtında başa çatdırılacağına ümidvarlıq ifadə olunub. Linda Lanzillotta TAP layihəsinin İtaliya və Avropanın enerji təhlükəsizliyində mühüm rola malik layihə olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov Bakının "EXPO 2025" namizəd şəhərlərdən olduğunu qeyd edərək son illər ərzində paytaxt Bakı və Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Xanım Linda Lanzillotta Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfəsinin, dünyəvi dövlət olaraq yürütdüyü mötədil siyasətinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə həmçinin parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2017.11.02 / 21:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla