Yuxarı

Karapetyanın Davos çağırışı və ermənisayaq statistika

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə xarici, nə də yerli investorlar Ermənistana investisiya qoymaq istəyir.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində deputat Rasim Musabəyov paylaşıb.

“Ermənistan Baş naziri Karen Karapetyan Davos Forumunda biznesmenləri cəsarətlə öz ölkəsinə investisiya yatırmağa çağırdı. O, buna əsas dəlil kimi Ermənistan iqtisadiyyatının yaxşı vəziyyətdə olmasını göstərdi. 2017-ci ilin nəticələrinə əsasən, bu ölkədə ümumdaxili məhsul 7%, sənaye istehsalının həcmi 12%, xidmətlər 14%, ixracat 23,5% və idxalat 28% artıb. Lakin rəsmi statistika artımın mis və molibden üçün əlverişli qiymə konyukturası, eləcə də dövlət borcunun artırılması nəticəsində olduğu barədə susur. Yüksək səsli çağırışların əksinə olaraq, diaspor da daxil olmaqla, nə investorlar, nə də yerli investorlar Ermənistana investisiya qoymaq istəyir. Kağız üzərində Ermənistan iqtisadiyyatı yüksəlişdədir, amma bununla belə qəribə şəkildə ölkənin bazarı daralır, əhalinin gəlirləri azalır, daxili ticarət dövriyyəsi pulla yanaşı fiziki baxımdan da məhdudlaşır, dövlət borcu 15% artır. Bu ölkənin əhalisi ümidsiz yoxsulluqla yüklənir və xilas yolunu ölkədən kütləvi qaçışda görürlər. İkimənalı erməni iqtisadi statistikası bax belə olur”, – deyə o bildirib.

Tarix
2018.01.24 / 13:32
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla