Yuxarı

Putin qalib olacaq və Qarabağa münasibət… – Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putinin yenidən prezident seçiləcəyi şübhə doğurmur.

Bu sözləri Axar.az-a sabah Rusiyada keçiriləcək prezident seçkisi ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi ibildirib ki, ikinci yeri böyük ehtimalla, Pavel Qrudinin tutacaq:

“Qrudinin kommunist olmasa da, namizədliyi Kommunist Partiyası tərəfindən irəli sürülüb. Partiyanın lideri Gennadi Züqanov bu dəfə namizəd olmadı, nəticəni anladığından Qrudinini irəli sürdü. Qrudininin seçki kampaniyasını izlədim, hazırcavab, nə etdiyini bilən şəxs təəssüratı bağışlayır. Ancaq xarici banklardakı hesabların qaynağını göstərə bilmədiyindən rəqiblərinin hücumlarına məruz qaldı və bu məqam onun nüfuzuna zərbə vurdu. Buna baxmayaraq, ikinci yeri tutacağını proqnozlaşdırıram. Digər namizədlər 2-5 faiz arasında səs qazanacaqlar”.

Politoloq liberalların namizdələri - Qriqori Yavlinski və Kseniya Sobçakdan da söz açıb:

“Yavlinski SSRİ illərindən tanınmış iqtisadçıdır, Rusiyada liberal cərəyanın yaradıcılarındandır. Problem ondadır ki, liberal ideya Rusiyada populyar deyil, Boris Yeltsinin prezidentlik dövrünün xaosu unudulmayıb. Kseniya Sobçak isə keçmiş şou aparacısıdır, atası kimi liberal ideyaları bölüşür, mərhum atası Sankt-Peterburqun meri olub, indiki prezident Vladimir Putin onun işçisi olub. Sobçak azadlığı hər şeydən üstün tutan gənclərin səsini qazanacağına ümid edir”.

Rusiyada prezident seçkisindən sonra Qərb-Rusiya münasibətlərinə gəlincə, politoloq hesab edir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları sərtləşəcək:

“Putin Krımı işğal etməklə, gizli şəkildə müxtəlif dövlətlərdə seçkilərə müdaxilə etməklə və ən nəhayət, Qərb ölkələrində keçmiş rus xəfiyyələrinin nadir zəhərlərlə qətllərinə fərman verməklə Qərblə bütün körpülərini yandırıb. Qərb Putinin Rusiya daxilində mövqelərini və elə Rusiyanın özünü zəiflətməyənə qədər ondan əl çəkməyəcək”.

E.Şahinoğlu həmçinin Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışının dəyişəcəyini də düşünmür:

“Putin Qarabağ münaqişəsinin ədalətli həllinə bundan sonra da maraq göstərməyəcək. Putinin Ərdoğana verdiyi cavabı bir daha xatırlayaq: “Qarabağ münaqişəsini həll etmək çətindir, tərəflərin mövqeləri bir-birindən fərqlənir”. Rusiyanın Ermənistan hakimiyyətinin mövqeyini dəyişmək iqtidarında olmadığına kim inanar?”

Qeyd edək ki, sabah Rusiyada prezident seçkisi keçiriləcək.

Tarix
2018.03.17 / 14:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla