Yuxarı

Mircəfərin yerində əyləşən Rasizadə… - Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artur Rasizadə üçün bir vaxtlar Mircəfər Bağırovun əyləşdiyi kabinetdə sinir deformasiyalarına uğramadan qalmaq çox böyük məharət tələb edirdi. O, fərqli bir epoxanın yetişdirməsiydi. Rasizadə 90-cı illərin qeyri-sabit Azərbaycanında əsl tapıntıydı.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Zahid Oruc yeni baş nazir təyinatı, hökumətin təzə tərkibi barədə “Yeni Müsavat” qəzetinə verdiyi geni açıqlamada bildirib.

Z.Orucun sözlərinə görə, Artur Rasizadə heç vaxt özünə piar-menecerləri tutmadan uzun illər ağır informasiya atəşlərinin altında dövlətə ləyaqətlə xidmət edib:

“Sovet dövrünün karyera pilləkənləri ilə irəliləməklə indiki kəskin sıçrayışlı zirvə fəthlərini və ya dərəyə yuvarlanmalarını eyni səviyyədə götürmək olmaz. Çünki əvvəlki baş nazirlərdən fərqli olaraq, o, hansı miqyasda liderin sərəncamı altında işlədiyini yaxşı bilirdi”.

A.Rasizadəyə dil qüsuru tutanlara da münasibət bildirən Z.Oruc əlavə edib ki, hətta yerli dili bilməyən minlərə şəxsin ən müxtəlif ranqlarda dövlətinə xidmət nümunələri var:

“Rasizadəyə dil qüsuru tutanlar vəsf etdikləri müasir Ukrayna inqilabının nəticəsində üç nazirin legioner olduğunu unudurlar. Kiyev hökumətində səhiyyə, maliyyə və iqtisadiyyata rəhbərlik edən şəxslərə Poroşenko yalnız vəzifə verən vaxt onların vətəndaşlıq məsələsi yada düşdü. Gerçəkdə dünya tarixində fərqli millətlərin, hətta yerli dili bilməyən minlərə şəxsin ən müxtəlif ranqlarda dövlətinə xidmət nümunələri var. Məhəlli patriotluq bizə zərbə vurur. Amerikanı güclü edən fərdlərdir. Bir də ana dilində xüsusi ləhcə ilə gözəl danışan Rəhim Qazıyevin xəyanətkar obrazı məgər, qibtə ünvanıdır?”

Yeni hökumətin tərkibinə daxil olan ən uğurlu təyinatlardan hesab edilən İnam Kərimovla bağlı danışan Z.Oruc bildirib ki, yeni nazir Qərbin qabaqcıl metodlarını da tətbiq edəcək:

“Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun yetərincə güclü maliyyəçi olduğuna rəğmən, hələ Hesablama Palatasından tərpədildiyi vaxtlarda onun üçün çətin olacağına şübhəm yox idi. O, bölgələrə gedən və müxtəlif sektorlarda daxili istehsalı gücləndirməyə çalışan bir nazir olsa da, problemlərin miqyası hədsiz çox idi.

Yeni nazir ölkənin bir nömrəli brendinə çevrilən ASAN platformasından sonra çox məsuliyyətli bir sahəyə qədəm qoyduğunu yaxşı bilir. Neft məstliyi arxada qalıb. Ona görə də kəndi şəhərin alternativinə çevirərək yaxşı innovasiyaları tətbiq etmək üçün İnam Kərimovun böyük potensialı və xəyal dünyasının olduğuna şübhə etmirəm.

O, Qərbin təkcə texnikasını deyil, həmçinin işgüzarlığını və qabaqcıl metodlarını da rəhbərlik edəcəyi qurumda tətbiq etməyi bacaracaq”.

Tarix
2018.04.24 / 10:47
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla