Yuxarı

Prezidentin Brüssel səfərində - Üç mühüm məqam

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın uğurlu mövqeyi işğalçının bütün mənfur cəhdlərini uğursuzluğa düçar etdi.

Bunu Axar.az-a Azərbaycan Prezident İlham Əliyevin Brüsselə səfərinin yekunlarını şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert prezidentin Brüsselə səfərinin üç mühüm hadisə ilə yadda qaldığını bildirib:

“Birincisi, Azərbaycanın NATO sammitində iştirakı və sammit çərçivəsində Əfqanıstan məsələsinin müzakirə olunması çox önəmli idi. Azərbaycan NATO-nun vacib tərəfdaşı sayılır. Əfqanıstan və Azərbaycan prezidentləri arasında olan görüş bunu bir daha təsdiq edir. Bu mövzu regiondakı dövlətlərarası münasibətlər, təhlükəsizlik, regional siyasət və NATO üçün çox vacibdir. Azərbaycanın burada fəal iştirakı gözə çarpır. Bunu dərk edən erməni tərəfi NATO-nun Əfqanıstan strategiyasındakı rolunu vurğulamağa cəhd etsə də, bu, boşa çıxdı. Real vəziyyətin nə yerdə olduğunu hamı çox yaxşı bilir. Ermənistan burada Əfqanıstana dəstək üçün yox, daha çox NATO-nun xoşuna gəlmək üçün fəaliyyət göstərir.

Azərbaycan üçün isə çox maraqlı və vacib məqamlar var idi. Xüsusilə də Əfqanıstan marşrutunun işləməsi, yəni region ölkələrindən keçən “Lapis Lazuli” ticarət-nəqliyyat dəhlizinin fəaliyyəti ölkəmizə kifayət qədər mənfəətlər gətirir. Çünki bu marşrut Bakı-Tiflis-Qars dəmir yolu və Ələt limanı üzərindən keçir. Bu da onun Azərbaycan üçün əhəmiyyətini artırır. Nəticədə Ermənistan Azərbaycanın artan rolu fonunda yenə kölgədə qaldı.

İkincisi, Avropa İttifaqı ilə münasibətlərdə mühüm sənədlər qəbul olundu. Bu sənədlər Azərbaycan-Avropa münasibətlərinin əsas prioritetlərini müəyyən edir. Bu prioritetlər hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Yəni artıq ziddiyyətli məsələlər arxada qaldı. Düşünürəm ki, bu prioritetlərin müəyyənləşdirilməsi Azərbaycanla Avropa Birliyi arasında ikitərəfli sazişin ərsəyə gəlməsi üzərində gedən işləri sürətləndirəcək.

Üçüncü mühüm hadisə Minsk Qrupu çərçivəsində Azərbaycan və Ermənistan tərəfləri arasında keçirilən görüş idi. Ermənistan iddia edirdi ki, format dəyişməli, danışıqlarda Dağlıq Qarabağ nümayəndələri də iştirak etməlidir. Çox güman ki, Minsk Qrupu Ermənistanı bu yoldan daşındırıb. İrəvan da Azərbaycanın dəstəklədiyi formatda danışıqlar aparmağa məcbur olub. Düzdür, Ermənistanın gələcəkdə öz xülyasından əl çəkəcəyinə inanmıram. Ancaq istənilən halda İrəvanın bu cəhdləri uğurlu olmayacaq. Çünki Azərbaycanın uğurlu mövqeyi işğalçının bütün mənfur cəhdlərini uğursuzluğa düçar etdi”.

Tarix
2018.07.13 / 15:11
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla