Yuxarı

Njde 4 müharibədə bu praktikadan istifadə etmişdi - Kuznetsov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün rusiyalı tarixçi və politoloq Oleq Kuznetsovun Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı təşkil olunub.

Axar.az xəbər verir ki, konfrans Oleq Kuznetsovun erməni-daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini araşdırmasına həsr olunub.

“Bu gün Ermənistanda qəhrəman kimi təqdim olunan Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”, – deyə Kuznetsov bildirib.

Tarixçinin sözlərinə görə, həmin sənədlərdə Njdenin sitatları yer alıb:

“Bu sənədlərdə Njde hərəkət etməyi Hitlerdən öyrənməyin lazım olduğunu deyir. Njdenin böyüyən nəslə Hitlerdən öyrənməklə bağlı çağırışı o zaman üçün məlahətli səslənirdi. Başqa sözlə desək, Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal göstərərək, ermənilərin türklərə və ümumilikdə, müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib.

Qısası, bu onun üçün yeni deyildi, o, dörd müharibədə bu praktikadan uğurla istifadə etmişdi”.

Ekspertin fikrincə, SSRİ Xalq Daxili İşlər Komissarlığının dövlət təhlükəsizliyi idarəsinin 1935-ci il aprelin 7-nə aid olan 138 saylı sənədindən görünür ki, Njdenin formullarında erməni milliyyətçiliyi birmənalı formada Zaqafqaziya təhlükəsizlik orqanlarında faşizm kimi şərh olunurdu.

Tarix
2018.09.20 / 16:07
Müəllif
Rəfiqə Əlisafa
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Böyük Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla