Yuxarı

KTMT-dən Bakıya işarə: İrəvan qorunmur – Erməni ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargah rəisi Anatoli Sidorovun Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı verdiyi açıqlamalar İrəvanın növbəti dəfə Bakının uğurlu xarici siyasəti qarşısında aciz vəziyyətə düşdüyünü göstərir. Hərbi-texniki təchizat, ordunun döyüş qabiliyyəti sahələrində Azərbaycanın açıq üstünlüyünü anlayan və KTMT-nin ətəyi altında gizlənməyə çalışan Paşinyan hökumətinin son açıqlamalar fonunda düşdüyü ağır vəziyyət erməni mətbuatında geniş müzakirə mövzusu olub.

Axar.az mövzunun əhəmiyyətini nəzərə alaraq “1in.am” saytında dərc olunan erməni politoloq Sərkis Artsruninin yazısını təqdim edir:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargah rəisi Anatoli Sidorov ümid edir ki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət sülh yolu ilə həll ediləcək. Ötən gün “Rossiya seqodnya” agentliyinin təşkil etdiyi telekörpüdə çıxışı zamanı sərhəddə gərginliyin artması ilə bağlı suala cavab verən Sidorov bildirib ki, tərəflər özləri vəziyyəti tənzimləməlidir.

“Ermənistan KTMT-yə müraciət etməyib. Nəticədə KTMT-nin güc potensialı tətbiq edilə bilməz. Biz ümid edirik ki, tərəflər özləri məsələni həll edəcəklər və ümid edirik ki, bu sülh yolu ilə baş verəcək”, - Anatoli Sidorov bildirib.

Münaqişə tərəflərinin bir-birləri ilə ortaq dil tapmaları barədə tezis irəli sürməklə KTMT üzvlərinin təhlükəsizliyini qorumağın orijinal formulunu tapıb. Təbii ki, KTMT nümunəsində bu cür üsullar çoxdan adi məsələyə çevrilib və Ermənistan cəmiyyətinin 2016-cı ilin aprel müharibəsindən sonra bu qurumdan heç bir gözləntisi yoxdur.

Bu vəziyyət bir tərəfdən KTMT-nin etibarsızlığını və formal xarakterini göstərir, digər tərəfdən isə Sidorovun sözlərindəki laqeydlik erməni-rus münasibətlərində hökm sürən böhrandan xəbər verir.

KTMT Ermənistanın təhlükəsizliyi məsələsinə həmişə biganə yanaşıb. Bundan əlavə, təşkilatın beş üzvündən ikisi - Rusiya və Belarus həm müttəfiqləri Ermənistanı, həm də onun rəqibini silahlandırır, Qazaxıstan isə Avrasiya strukturlarında Bakının əsas lobbisti sayılır.

Ancaq intriqanın cari vəziyyətini Yuri Xaçaturov ətrafında qalmaqal böyüdür. KTMT üzvü ölkələr, ilk növbədə isə Rusiya Ermənistanın təşkilatın nüfuzuna zərbə vurduğunu düşünür.

Xaçaturov etrafında vəziyyət bir çox hallarda spekulyasiyaya məruz qalır. Çünki Aprel müharibəsi zamanı, eks-prezidentin də etiraf etdiyi kimi, müttəfiq ölkələrin rəhbərləri hətta İrəvandan olan çağırışlara cavab vermək üçün belə özlərinə əziyyət verməyiblər. Bununla yanaşı hazırki vəziyyətdə Ermənistan hakimiyyəti özünün ehtiyatsız və uzaqgörən olmayan fəaliyyəti ilə öz müttəfiqlərinə manevr etmək və Avrasiya strukturlarında Ermənistanın izolyasiyasını gücləndirmək imkanı verdi.

Yuri Xaçaturovun geri çağırılmasından sonra Ermənistan onu özünün başqa bir nümayəndəsi ilə əvəz edə bilməyəcəyi halda vəziyyət daha da əlverişsiz xarakter alacaq.

Yaranmış vəziyyətə görə İrəvanın məsuliyyət daşıdığını düşünən rus ekspertlər Ermənistanın KTMT-də baş katib postunu itirəcəyinə demək olar ki, əmindir.

Bir qədər əvvəl Baş nazir Nikol Paşinyan Xaçaturovu Ermənistanın başqa bir təmsilçisinin əvəz edəcəyindən əmin olduğunu açıqladı. Baş nazirin optimist olması üçün əsaslar o qədər də çox deyil. Təsadüfi deyil ki, bu məsələdə Xarici İşlər naziri Zöhrab Mnatsakanyan daha diplomatik və hətta tənzimləyici cavablar verir. Ötən gün o, Xaçaturovun dəyişdirilməsi ilə bağlı məsləhətləşmələrin davam etdirildiyini bildirdi. Mnatsakanyan Ermənistanın KTMT-nin Baş katibi postuna öz namizədini irəli sürmək imkanından məhrum edilməsinin mümkünlüyü ilə bağlı suala sadəcə bu cavabı verdi: “Məsləhətləşmələr davam edir”.

Moskva baş katib postuna yeni nümayəndə təyin olunması məsələsində İrəvanı dəstəkləməyəcəyi halda bu, dolayı yolla, Azərbaycana Ermənistanın KTMT-də diplomatik izolyasiya vəziyyətində olması ilə bağlı bir siqnal olacaq.

Ermənistan üçün məsələlərin bu cür arzuolunmaz şəkildə inkişafı münaqişə zonasında qaçılmaz təsirlərə səbəb olacaq.

Tarix
2018.09.21 / 16:25
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla