Yuxarı

Ermənilər sülh üçün necə yalvardı? – Sensasion sənəd

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ münaqişəsinin tarixində hələ də bir çox gizli və qaranlıq məqamlar var. Bu cür məqamlardan biri də Ermənistan hökuməti tərəfindən hazırlanan və 13 oktyabr 1992-ci ildə Ermənistan Respublikasının Ali Sovetinin 55 deputatı tərəfindən imzalanan Azərbaycan və Ermənistan prezidentləri, parlamentləri, hökumətləri, siyasi xadimləri və ziyalılarına müraciətdir. Tezliklə 4-9 noyabr 1992-ci ildə Aşot Bleyanın Bakıya səfəri zamanı bu müraciət Azərbaycanın Ali Sovetinə təqdim olundu.

Axar.az ermənilərin demək olar ki, rəsmi Bakıya mərhəmət üçün yalvardığı həmin sənədi (55 deputatın imzası ilə birlikdə rəsmi müraciət sənədi) təqdim edir.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun sözlərinə görə, Ermənistan Ali Soveti Azərbaycana heç bir ilkin şərt və ərazi iddiaları olmadan sülh danışıqlarına başlamaq üçün müraciət edib.

“O zaman Azərbaycan ordusu erməni ordusuna yaxşı təzyiq göstərdiyi üçün onlar sülh istəməli oldular. “Sülhə vadar etmək” – məhz bu düstur mövcud erməni hökumətinə qarşı tətbiq edilməlidir. 1992-ci ilin payızında bizimkilər işğal edilmiş torpaqların böyük bir hissəsini azad etdilər. Yalnız Xankəndi, Şuşa, Laçın və bir neçə mövqelər qalmışdı. Erməni hökuməti sülh istədi, çünki təşvişə düşmüşdülər”, - ekspert bildirib.

Tarix
2019.02.13 / 14:22
Müəllif
Əli, Orxan
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla