Yuxarı

Bu qıtlıqdan istifadə edən işbazlar var... – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qıtlıqdan istifadə edən işbazlar var... – Millət vəkili

Koronavirusla əlaqədar ölkədə maska qıtlığı yaşanırdı. Vətəndaşların bu təlabatının qarşılanması üçün Bakı Tekstil Fabriki MMC-nin qısa bir müddətdə tibbi maskaların istehsalına başlaması çox müsbət addımdır.

Bu sözləri Axar.az-a millət vəkili Jalə Əhmədova bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Sumqayıtda tibbi maska istehsalı müəssisəsinin açılmasına münasibət bildirərkən deyib.

J.Əhmədova İlham Əliyevə problemi tez bir zamanda həll etdiyi üçün təşəkkür edib:

"Bildiyiniz kimi, tibbi maska qıtlığından bəzi işbazlar sui-istifadə edərək, süni qiymət artımına yol vermişdilər. Lakin bu problem artıq Prezidentin qayğısı nəticəsində həll olundu. İnanıram ki, bundan sonra vətəndaşlarımızın koronavirusa qarşı tibbi maskalara olan tələbatı tam ödəniləcək”.

Millət vəkili onu da qeyd edib ki, vətəndaşlar “Evdə qal!” çağırışına adekvat reaksiya verməlidirlər:

“Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi karantin rejimi bəzi vətəndaşladımızda aqressiya yaradıb. Bununla bağlı mənə vətəndaşlar tərəfindən zənglər və məktublar gəlir. Bacardığım qədər onlara izah etməyə çalışıram ki, bu, dövlətin vətəndaşlarımızı qorumaq üçün atdığı addımdır. Çünki bu, ümumbəşəri bir bəladır və bununla birlikdə mübarizə aparmalıyıq. İnsanlara qayğı ilə başa salmalıyıq ki, görülən qabaqlayıcı tədbirlər vətəndaşların xeyrinə olan bir addımdır. Sağlam olan şəxslər evində otursa, yoluxan şəxslər də heç kimə yoluxdurmadan evində aşkarlansa və karantinə yerləşdirilsə, bu problem tənzimlənəcək”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı baş tutub.

Tarix
2020.04.06 / 22:26
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla