Yuxarı

Baydenin andiçməsində Azərbaycanı kim təmsil edəcək?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimində rəsmi Bakını təmsil edə bilər.

Axar.az xəbər verir ki, bunu Report-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Mövcud təcrübəyə əsasən, bir qayda olaraq ABŞ prezidentinin andiçmə mərasimində bu ölkədəki diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edirlər. İndiki mərhələdə andiçmə mərasimi ilə bağlı bu təcrübə tətbiq olunacaq”, - o, vurğulayıb.

XİN sözçüsü bildirib ki, hazırda Azərbaycanın mərasimdə iştirakı ilə bağlı konkret dəqiqləşmə yoxdur:

“Hazırda vəziyyət elədir ki, bir sıra proseslər gedir: hazırlıq və s. Ancaq yanvarın 20-si dəqiq məlum olacaq. İndiki pandemiya şəraitində ABŞ prezidentinin andiçmə mərasiminin hansı formada keçiriləcəyinə aydınlıq gətirilməlidir”.

Xatırladaq ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 79 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Yanvarın 20-də C.Bayden prezident kimi and içəcək.

Tarix
2021.01.19 / 10:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla