Yuxarı

Şuşa Bəyannaməsi: Artıq NATO zəmanət verir - Zülfüqarov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşa Bəyannaməsi: Artıq NATO zəmanət verir - Zülfüqarov

Şuşa Bəyannaməsi iki ölkə münasibətlərini ən ali səviyyəyə yüksəltmiş oldu.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov deyib.

Politoloq qeyd edib ki, xüsusilə bu bəyannamədə iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə sadiqlik barədə qeyd olduqca vacib məqamdır:

“Şuşa Bəyannaməsi ilə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyini həm də NATO üzvü Türkiyə müdafiə edəcək. Məsələ ondadır ki, 3 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə görə, Naxçıvanın statusunun təminatçıları bu sənədə qol çəkən ölkələr hesab olunur. Bu sənəd bu gün də qüvvədədir.

O ki qaldı iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiqliyin bir daha təsdiqlənməsinə, bu, heç də səbəbsiz yerə qeyd edilməyib. Belə ki, Türkiyə NATO-ya Naxçıvan məsələsindəki öhdəlikləri ilə birlikdə üzv olub. Yəni bu gün Naxçıvan məsələsində təkcə Türkiyə deyil, eyni zamanda NATO da təminatçıdır. Bunu ona görə qeyd edirəm ki, Türkiyə Şuşa Bəyannaməsi ilə artıq Naxçıvanın deyil, eyni zamanda bütün Azərbaycanın qarantı oldu. Yəni Azərbaycanın bu gün həm ərazi bütövlüyü, həm də müstəqilliyi NATO ölkəsi olan Türkiyə tərəfindən zəmanətə alındı”.

Tarix
2021.06.16 / 19:40
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla