Yuxarı

Moskva görüşü: Kreml uduzduğunu anladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünənki üçtərəfli görüşdən müəyyən gözləntilər var idi. Çünki Rusiya özü də görüşə ciddi hazırlıq görürdü. Azərbaycan nümayəndə heyətinin tərkibinin geniş olması da bunu deməyə əsas verir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Politoloq Rusiyanın görüş zamanı ortaq məxrəc tapmağa nail ola bilmədiyi vurğulayıb:

“Cənab İlham Əliyev və Paşinyan arasında yaşanan mübahisə gündəlikdə olan məsələlərin yenə öz həllini tapmadığını göstərdi. İlk dəfə idi ki, Rusiyada baş tutan üçtərəfli görüşdən sonra bəyanat verilmədi. Halbuki mediada görüşlə bağlı iki sənədin hazırlandığı haqqında xəbərlər yayıldı. Sənədlərdən biri görüşün yekun bəyanatı, digəri isə nəqliyyat məsələləri haqqında olmalı idi. Görüş gözləniləndən çox qısa, cəmi 20 dəqiqə davam etdi. Yəni bu o deməkdir ki, Rusiya növbəti üçtərəfli bəyanatın verilməsi üçün ortaq məxrəc tapa bilmədi. Ümumilikdə isə rəsmi Moskva danışıqların artıq nəzarətindən çıxdığını, əsas platformanın Qərb platforması olduğunu anladı. Lakin hazırki məqamda Rusiyanın məqsədi özünün iştirak etdiyi Zəngəzur dəhlizi və nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesini fəallaşdırmaq istəyir. Bu istiqamətdə Ermənistana təzyiqlər edilir. Nəzərə almaq lazımdır ki, İrəvanın sülh sazişi və ərazi bütövlüyünün dəstəklənməsi məsələsində əsas şərti Azərbaycanın Qarabağdakı separatçılarla masaya oturmasıdır. Rusiya belə bir məqamda sözügedən məsələdə destruktiv rol oynaya bilər, Qarabağdakı separatçılara rəhbərlik edən müharibə cinayətkarları tam şəkildə onun nəzarətindədir. Moskva ərazi bütövlüyü prinsipini əsas götürən sülh müqaviləsinin imzalanmasını dayandırmaq üçün tərəflərə təzyiq göstərir. Dövlətimizin nümayəndələri ilə Qarabağdakı ermənilər arasında görüşlərin əngəllənməsi də buraya aiddir. Əgər Rusiyaya Ermənistan ərazisində hansısa yeni funksiyalar verilsə, yəqin ki, kommunikasiyaların açılması və dialoq məsələsində yumşalmalar olacaq”.

Tarix
2023.05.26 / 12:36
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Nikolun delimitasiya “təklifi”: Əliyev nə demişdi?

Zakir Həsənov Kolin Kahl ilə danışdı

Küveyt Baş naziri İlham Əliyevə məktub ünvanladı

Kərkinin verilməsi İrəvana təhlükə gətirəcək - Ayvazyan

İsrail ilə əməkdaşlıq Azərbaycanın mənafeyinə uyğundur

Moskvada işçi qrupun iclası başladı

İlham Əliyev italiyalı həmkarını təbrik etdi

Rəsmi Bakıdan Makrona cavab

Fransadan beştərəfli qeyri-rəsmi görüşlə bağlı açıqlama

Bayramov Mirzoyanla yenidən ABŞ-da görüşəcək

KULT
<>
Xəbər xətti
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla