Yuxarı

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in “İnsan hüquqlarının və Beynəlxalq humanitar hüququn təmin olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən tədbirində Qərbi Azərbaycan İcmasının (QAİ) nümayəndə heyəti ilə Ermənistan nümayəndə heyəti arasında mübahisə baş verib.

Axar.az Report-a istinadla xəbər verir ki, Ermənistanın Avstriyadakı səfirliyinin əməkdaşı iclasın əvvəlində Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini Kamal Cəfərovun tədbirdə icma nümayəndəsi kimi iştirakına mane olmağa çalışıb.

Diplomat daha sonra rəsmi İrəvandan gəldiyini iddia etdiyi etiraz məktubunu səsləndirib, ancaq təxribatı baş tutmadığı üçün demarş edərək iclas zalından çıxıb.

K.Cəfərov cavabında Qərbi Azərbaycan İcmasının heç bir ərazi iddiası olmadığını bəyan edib:

"Təşkilatımız qeyri-hökumət təşkilatıdır və çox yaxşı bilirsiniz ki, QHT-nin təbiət etibarı ilə heç bir dövlətə ərazi iddiası ola bilməz. Ermənistan nümayəndə heyətinin bu əsassız iddiaları isə onların avtoritar həyasızlığının növbəti nümunəsidir".

İcma nümayəndəsi vurğulayıb ki, ermənilər əsrlər boyu azərbaycanlıları evindən deportasiya edib:

"Onlar bizə qarşı etnik təmizləmə həyata keçiriblər. İndi də burada səsimizi kəsmək istəyirlər. Bu isə heç vaxt olmayacaq. Biz həmişə həqiqətləri ifadə edəcək, faktları deyəcəyik".

Tarix
2024.04.23 / 14:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla