Yuxarı

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət prioritetləri" mövzusunda beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə çıxış edib.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Çıxışında Ceyhun Bayramov ölkəmizin xarici siyasətinin əsas istiqamətləri, Azərbaycan-Çexiya münasibətlərinin cari vəziyyəti və perspektivləri, postmünaqişə dövrünün reallıq və çağırışları, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin hazırkı durumu, habelə Azərbaycanın geniş bölgədə enerji təhlükəsizliyi, nəqliyyat və komunikasiya sahəsində gördüyü işlərdən bəhs edib.

Azərbaycanın COP29 sədrliyi, aparılan danışıqlar prosesi ilə bağlı görüş iştirakçılarını məlumatlandıran nazir, sədrliyimizin öz növbəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsinə verdiyimiz əhəmiyyəti səciyyələndirdiyini qeyd edib.

Daha sonra nazir Ceyhun Bayramov görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Tarix
2024.04.23 / 18:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla