Yuxarı

Bayramov livanlı həmkarı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində Livan Respublikasının xarici işlər və diaspora naziri Abdallah Bouhabib ilə görüş keçirib.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Livan arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, o cümlədən siyasi, iqtisadi, humanitar, mədəniyyət və s. sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. XİN-lər arasında siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Livan arasında beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov regionda baş verən son proseslər, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də 4 kəndimizin işğaldan azad edilməsi ilə nəticələnən razılaşma barədə həmkarına məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2024.04.30 / 16:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanla qardaşlıq bağının növbəti simvoludur

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərdoğan Azərbaycana qaytarılan 4 kənddən danışdı

Mierinya səfərə fərqli başladı: Əvvəlcə Şuşa, sonra...

Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər

Rəisinin helikopterinin vurulması ehtimalı... - Türk ekspert

İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı və Tiflis arasında kritik görüş oldu

Rəisinin helikopterinin siqnalı ya sönülü olub, ya da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla