Yuxarı

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəhbər heyəti, “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednarı, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerardı, Stirlinq Fondunun prezidenti Mayls Hanseni və Stirlinq Fondunun baş icraçı direktoru Edvard Rounu qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə toxunularaq, bu tədbirin beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Forumda müxtəlif ölkələrdən çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə dünyada göstərilən marağın nümunəsi kimi dəyərləndirildi.

Söhbət zamanı Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfə barədə danışıldı, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin vahid bir ailə kimi dinc və sülh şəraitində yaşadıqları məmnunluqla vurğulandı.

Tarix
2024.04.30 / 17:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanla qardaşlıq bağının növbəti simvoludur

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərdoğan Azərbaycana qaytarılan 4 kənddən danışdı

Mierinya səfərə fərqli başladı: Əvvəlcə Şuşa, sonra...

Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər

Rəisinin helikopterinin vurulması ehtimalı... - Türk ekspert

İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı və Tiflis arasında kritik görüş oldu

Rəisinin helikopterinin siqnalı ya sönülü olub, ya da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla