Yuxarı

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:28

Regional infrastrukturların blokdan çıxarılması kimi bir sıra başqa məsələlər də müzakirə olunur. Bu kontekstdə bilmək vacibdir ki, Ermənistan nəinki buna hazırdır, həm də beynəlxalq tranzit marşrutlarının bir hissəsi olmaqda maraqlıdır və buna görə də hökumətimiz “Sülh kəsişməsi” təşəbbüsünü irəli sürmüşdür. İnanırıq ki, blokada aradan qaldırılarsa, bu, region ölkələrinə iqtisadi tərəqqi baxımından faydalı olmaqla yanaşı, həm də regiona sülhün gətirilməsi üçün mühüm amil olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Beləliklə, biz bu layihənin Şərqi Qərblə, Şimalı Cənubla birləşdirməyə kömək edəcəyini anlayaraq, əsasən Azərbaycanla, həm də Türkiyə ilə bütün regional nəqliyyat infrastrukturlarını blokdan çıxarmağa hazırıq. Plan həyata keçərilsə, bu, Körfəz ölkələrini Qara dəniz iqtisadi regionu ilə birləşdirməyin daha bir maraqlı yolu olacaq. Bu konsepsiyaya görə, blokun açılması ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmətlə yanaşı, bərabərlik və qarşılıqlılıq prinsiplərinə uyğun olmalıdır”, - deyə Mirzoyan bildirib.

Tarix
2024.04.30 / 22:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanla qardaşlıq bağının növbəti simvoludur

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərdoğan Azərbaycana qaytarılan 4 kənddən danışdı

Mierinya səfərə fərqli başladı: Əvvəlcə Şuşa, sonra...

Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər

Rəisinin helikopterinin vurulması ehtimalı... - Türk ekspert

İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı və Tiflis arasında kritik görüş oldu

Rəisinin helikopterinin siqnalı ya sönülü olub, ya da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla