Yuxarı

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan toplumu siyasi aktivdir, ictimai həyat qaynayır, minlərlə QHT, onlarla siyasi partiyalar var, etiraz “damarları” var və bu yaxşıdır. Media azadlığı, seçki var – bir sözlə, demokratik institutlar “axsaq” da olsa işləyir.

Gürcüstanda bir neçə gündür küçələrdə etiraz edənlərin 95%-i parlemantdə 2-ci oxunuşdan keçən “Xarici agentlər haqqında” qanunu heç oxumayıb, sadəcə, etiraz üçün platforma var, gələnlər də öz dərdlərini, hökumətə iradlarını bildirirlər - inflyasiyaya görə etiraz edən də gəlib, maaşının az olmasına əsəbləşən də, amma məsələnin məğzinə etiraz edənlər çox azdı.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli Gürcüstanda keçirilən etiraz aksiyaları ilə bağlı bildirib.

O, məsələnin mahiyyətini bu cür izah edib:

“Gürcüstanda hakim partiya xarici agentlərlə bağlı qanun layihəsi təklif edib, qanunda deyilir ki, büdcəsinin 25%-dən çoxu xaricdən maliyyələşən, qrant alan istənilən KİV, QHT, siyasi-ictimai təşkilat bu məlumatı Ədliyyə Nazirliyinə bildirməli, həmin qurumların xaricdən maliyyələşməsi ilə bağlı məlumat açıq olmalıdır. Bu qaydanı pozanlar cərimə olunacaqlar – vəssalam, olay budur. Gürcüstan hökuməti məsələni normal izah edə bilmir, səs-küy normal diskursa mane olur. Hökumət deyir ki, qanunu 1938-ci ildə ABŞ-da qəbul edilmiş “Foreign Agents Registration Act, FARA” (Xarici agentlərin qeydiyyatı Aktı – red.) sənədindən köçürüb, hətta bir az da yumşaldaraq təqdim edib və iddia edirlər ki, məhz Rusiya pullarının siyasətə axmasının qarşısını kəsmək üçün edirlər. Müxalifət isə deyir ki, yox, bu, Rusiyanın qanunudur, Kreml belə bir qanunun qəbulunu istəyib deyə, Gürcüstan hökuməti də gündəmə gətirib. Yaxşı, bu iddiaların məntiqi varmı?!

Gürcüstan hökuməti rəsmi şəkildə dəfələrlə AB və NATO-ya, Qərbə inteqarsiya yolunda olduqlarını bildirib, bu yaxınlarda AB-yə üzvlüyə namizəd status aldıqlarını hökumət toy-bayram kimi qeyd etdi, atəşfəşanlıq təşkil etdi, Tiflisdə bütün rəsmi binaların qarşısında öz bayraqları ilə yanaşı, AB bayrağı da dalğalanır. Yəni bu hökumət nə vaxt “biz Avropadan üz döndəririk” dedi ki, indi də üzərlərinə gedirlər?!

Daha bir, məncə, ən vacib məsələ: cəmi 5 aydan sonra Gürcüstanda parlament seçkiləridir, müxalifət seçki olan məmləkətdə küçədən hakimiyyətə, özü də seçkiyə 5 ay qalmış gəlmək istəməz, aranı qatmaz, seçkiyə hazırlaşıb hökuməti udar! Əgər qalib gəlsə, parlamentdə çoxluq qazansa, bu qanunu ləğv etmək üçün səsvermə keçirər, olar-bitər, bu qanun Quran ayəsi deyil ki, ləğv etmək mümkün olmasın! Yox əgər seçkilərdə hökumət partiyası qalıb gələcəksə, deməli, xalq bu qanundan narahat deyil, hökumətə güvənir – demokratiya budur, belə olmalıdır”.

Qeyd edək ki, bu qanunun qəbuluna görə ABŞ və Avropa Tiflisə kəskin etirazlarını bildiriblər. Hətta buna görə Gürcüstanın AB üzvlüyünə namizəd statusundan məhrum edilə biləcəyi və yaxud sanksiya tətbiqinin mümkünlüyü ifadə edilib.

Tarix
2024.05.04 / 20:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək

ABŞ görüşü: Vaşinqton Bakı ilə 3 məsələni dəqiqləşdirir

Siyarto: Azərbaycan bu quruma qayıtmalıdır

Zəngəzur dəhlizi bu vaxt açılacaq - Türkiyəli nazir

Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi

Nikol İranla sərhədi bağlayıb, Türkiyəyə sığınacaq

Putin-Si görüşü Qafqaza da təsir edəcək – Ərol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla