Yuxarı

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qambiya Respublikasında, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitinin yekunlarına dair qəbul olunmuş Yekun Kommunikedə Azərbaycanın bütün ərazilərində öz suverenliyini bərpa etməsinin məmnunluqla qarşılandığı qeyd olunub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Kommunikedə dəyişməz olaraq Azərbaycanın ərazi bütövlüyünə, habelə Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşma prosesinə dəstək ifadə olunub, bu istiqamətdə Ermənistana öhdəliklərinin yerinə yetirilməsinə dair çağırış edilib.

Kommunikedə həmçinin İƏT-in “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupu”nun adının “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Kontakt Qrup”a dəyişdirildiyi əksini tapıb, Ermənistan bir daha islam irs nümunələrinin dağıdılmasına görə qınanılıb.

Keçmiş münaqişə dövründə indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların taleyinin narahatlıq doğurduğu, bu istiqamətdə onların ləyaqətli qayıdışına dəstək ifadə olunub.

Tarix
2024.05.04 / 22:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək

ABŞ görüşü: Vaşinqton Bakı ilə 3 məsələni dəqiqləşdirir

Siyarto: Azərbaycan bu quruma qayıtmalıdır

Zəngəzur dəhlizi bu vaxt açılacaq - Türkiyəli nazir

Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi

Nikol İranla sərhədi bağlayıb, Türkiyəyə sığınacaq

Putin-Si görüşü Qafqaza da təsir edəcək – Ərol

Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert

Fransa DTX-nin əməliyyatının qarşısını alıb?

Prezidentlər Cıdır düzündə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla