Yuxarı

ATƏT-in iclasında Qərbi Azərbaycana qayıdış müzakirəsi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı iyunun 24-25-də Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş ATƏT-in “Dözümlülük, qeyri ayrı-seçkilik və gender bərabərliyi” mövzusunda insan hüquqları üzrə üçüncü əlavə iclasında iştirak edib.

Bu barədə Axar.az-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, M.İbrahimqızı tədbirdə Qərbi Azərbaycan İcması adından çıxış edib. O öz çıxışında Qərbi Azərbaycan İcması, onun gündəliyi, Ermənistandan azərbaycanlıların qovulması haqqında ətraflı məlumat verərək, Ermənistan tərəfindən aparılmış etnik təmizləmə və Qərbi azərbaycanlıların öz evlərinə qayıtmasına imkan verilməməsinin dözümsüzlük və ayrı-seçkilik olduğunu bildirib. Qadınlar Şurasının sədri Qərbi Azərbaycan İcmasının dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini, İcmanın əsas missiyasının Qərbi azərbaycanlıların qayıdış hüququ kimi təməl insan hüququnun təşviqi olduğunu vurğulayıb.

Qeyd edək ki, ATƏT-in Fəaliyyətdə olan Sədri və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən təşkil olunmuş və ATƏT-in iştirakçı dövlətlərinin rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etdiyi bu tədbir insan hüquqlarının təşviqi məsələsinə həsr olunub.

Tarix
2024.06.26 / 12:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov BMT-nin 79-cu sessiyasında çıxış edir

İsrail Livana kömək edir: İran ciddi sınaq qarşısında qaldı

Qadınla əlbir olub 700 mini mənimsəyən Hüseyn - Foto

Rəsmi Bakıdan Stanonun iddiasına cavab

Üç ölkənin Gürcüstanda hərbi təlimi başa çatdı - Foto

Ermənistandakı missiyanın işi ilə bağlı bəyanata reaksiya

Ölkədə maliyyə piramidası şəbəkəsi ifşa edildi - Video

Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – General

Əliyev Szinpinə məktub göndərdi

İranla Ermənistanın Araz çayı ilə bağlı planı - Müzakirə...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla