Yuxarı

Hamı qətiyyətlidir, buna çox ciddi yanaşır... - Bayramov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Azərbaycan bu mürəkkəb iqlim danışıqları prosesində əvvəldən iştirak edir.

Axar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov COP29-un kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.

"Bir çox ölkələrdən fərqli olaraq bizim iki ilimiz yox, cəmi 11 ayımız olmasına baxmayaraq, tərəflərin mövqelərini yaxınlaşdırmaq və bu konfransda mühüm nəticələrin əldə edilməsinə yönəlmiş əməkdaşlıq platforması yaratmaq üçün əlimizdən gələni etdik", - nazir qeyd edib.

XİN rəhbəri noyabrın 11-də başlayan COP29-un ilk gününün müsbət nəticəsini qeyd edərək nikbinliyini ifadə edib. "Dünən təxminən 20 saatlıq danışıqlardan sonra gündəliklə bağlı nəticə əldə etmək mümkün olub. Gündəlik təsdiqlənib. Birinci günün daha bir mühüm nəticəsi isə hamımızın da bildiyi kimi, uzun illər müzakirə olunan Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılaşmanın əldə edilməsidir", - o qeyd edib.

C.Bayramovun sözlərinə görə, ümumilikdə Bakı konfransından, COP29-dan 60-a yaxın potensial sənədin qəbul edilməsi gözlənilir. Lakin ən vacibi Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə razılaşmadır ki, buna da nail olunacağına ümid edirik.

"Hələ də bir çox ölkələrin, bir çox mühüm oyunçuların mövqelərində fərqlər var. Lakin gördüyümüz odur ki, hamı qətiyyətlidir, bu məsələyə çox ciddi yanaşır. Bu o deməkdir ki, bütün mühüm oyunçular öz məsuliyyətlərini başa düşürlər. Buna görə də biz nikbin əhval-ruhiyyədəyik", - nazir vurğulayıb.

Tarix
2024.11.12 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…

İsrailin dörd həbrçisi həlak oldu

Bakıdan qayıdan Ərdoğan təyyarədə bunları açıqladı

Prezident Kristalina Georgiyeva ilə görüşdü

Bayramov BMqT baş direktoru ilə görüşdü

"Sülhə tələsdirmirik" deyən Lavrova Mirzoyanın cavabı

İlham Əliyev Miçotakislə görüşdü

Ermənistandan COP29 üçün kim müraciət edib? - Mirzoyan

Leyla Əliyeva bu pavlyonu ziyarət etdi - Video

İlham Əliyev Çin baş nazirinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla