Yuxarı

İTV-nin 5 aparıcısı işdən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai Televiziyanın daha beş əməkdaşı işdən azad olunub.

"Axar.az"ın "AzNews.az"a istinadən verdiyi məlumata görə, onlar əsasən İnformasiya departamentinin əməkdaşlarıdır. İşdən çıxarılanlardan hələlik 3-nün adını dəqiqləşdirmək mümkün olub:

1. Tamella Şirinova – aparıcı
2. Səlminə Ələkbərli – aparıcı
3. Şakir Qurbanov – radio aparıcı

Tamella Şirinova hələlik bu barədə danışmaq istəməyib: "İndiki məqamda heç nə danışmaq istəmirəm. Sonra danışarıq".

Səlminə Ələkbərli isə İTV-dən çıxdığını təsdiqləyib və deyib ki, bununla bağlı ərizəni ötən gün yazıb: "Artıq bu gündən İTV-yə işə çıxmıram".

İnformasiya departamentinin rəhbəri Mehparə Quliyeva xəbəri nə təsdiq, nə də təkzib edib: "Mənim bu barədə dəqiq məlumatım yoxdu. Yalnız onu deyə bilərəm ki, bir departament rəhbəri kimi istəməzdim, yaxşı işçiləri İTV-dən uzaqlaşdırsınlar".

"Əgər yaxşı işçidilərsə, niyə uzaqlaşdırılırlar" sualına isə belə cavab verib: "Onu məndən soruşmayın. Onu həmin işçiləri çıxaran adamdan soruşun. Departament rəhbəri kimisə işdən çıxarmır".

Qeyd edək ki, həmin şəxslərin işdən uzaqlaşdırılmasına səbəb kimi müqavilə müddətlərinin bitməsi göstərilir.

Tarix
2014.02.28 / 14:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla