Yuxarı

Sabahdan istilik mövsümünə start verilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabahdan istilik mövsümünə start verilir

Sabahdan Azərbaycanda növbəti istilik mövsümünə start verilir.

Axar.az bu barədə Azəristiliktəchizat ASC-yə istinadən xəbər verir.

Məlumata görə, hazırda Azəristiliktəchizat ASC-nin balansında olan 3 871 yaşayış binası istiliklə təmin olunur. Həmçinin təqribən 185 min mənzil, 449 təhsil müəssisəsi, yəni bağçalar və məktəblər, 152 səhiyyə obyekti, 2 224-ü sosial və təsərrüfat obyetkləri "Azəristiliktəchizat" tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunur.

Qurumun 2025-2026-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə bu il 1 000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib.

Qeyd edək ki, Azərbaycanda istilik mövsümü gələn il aprelin 15-nə qədər davam edəcək.

Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən respublikanın dağ rayonlarında noyabrın 1-dən istilik verilişinə başlanılıb. Ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının mövcud olduğu 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi fəaliyyət göstərir və mövsüm gələn il mayın 1-nə qədər davam edəcək.

Tarix
2025.11.14 / 13:09
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla