Yuxarı

Axar.Az Logo carnation

DYP sürücü və piyadalara müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP sürücü və piyadalara müraciət etdi

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi muxtar respublikada hökm sürən qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib.

Axar.az xəbər verir ki, havaların qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır.

“Bunu nəzərə alaraq, sürücülər mövsümi şinlərdən, zəncirlə təchiz olunmuş təkərlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etməlidirlər. Onlar sürət həddini seçərkən hava şəraitini və yolun vəziyyətini nəzərə almalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə etməlidirlər. Avtomobili hərəkətə gətirərkən, sürəti artırıb-azaldarkən sürət qutusunun köməyindən, eləcə də yaxın vuran işıqlardan istifadə edilməli, hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz saxlanması və onların aydın şəkildə görünməsi təmin olunmalıdır. Yollarda sürüşmə ehtimalı nəzərə alınaraq piyadaların yolların hərəkət hissəsinə çıxmamaları, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçmələri, səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etmələri tövsiyə olunur”, - qurumun müraciətində qeyd olunub.

Tarix
2025.12.29 / 20:46
Müəllif
Axar.az
Digər xəbərlər

Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb

Bu, Bakının mühüm jestidir - Rubio

Qanlı 20 Yanvardan 36 il ötür

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım

Azərbaycan Pakistana başsağlığı verdi

Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto

Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü

İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü

Trampın “Yeni BMT”sinə üzvlük haqqı... - Bakı da qoşulacaq?

Nəsimi "Qurtuluş"dan getməsindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla