Yuxarı

Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - Video

Tanınmış müğənni, xalq mahnılarının mahir ifaçılarından olan Xanhüseyn Hüseynov doğma kəndi üçün diqqətçəkən təşəbbüsə imza atıb.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, əslən Lerik rayonunun Gendov kəndindən olan, hazırda Biləsuvarda yaşayan sənətçi Yardımlı rayonunun Bilnə kəndi ilə Lerikin Gendov kəndini birləşdirən yolu öz vəsaiti hesabına abadlaşdırıb.

Bilnə və Gendov coğrafi baxımdan bir-birinə yaxın kəndlər olsa da, aralarındakı yol uzun illər avtomobillərin normal hərəkəti üçün yararsız vəziyyətdə olub. Yoldan əsasən yüksək keçid qabiliyyətli avtomobillərlə istifadə etmək mümkün idi.

Xanhüseyn Hüseynovun təşəbbüsü ilə yol genişləndirilib, hamarlanıb və avtomobillərin normal hərəkəti üçün yararlı vəziyyətə gətirilib. Yola asfalt örtüyü çəkilməsə də, əvvəlki vəziyyətlə müqayisədə gediş-gəliş xeyli asanlaşıb.

Görülən işlərin ən mühüm hissələrindən biri isə Gendov çayı üzərində körpünün salınmasıdır. Körpünün tikilməsi ilə iki kənd arasında avtomobillərin hərəkətinə mane olan əsas problemlərdən biri aradan qaldırılıb.

Bu təşəbbüsün əhəmiyyəti yalnız iki kənd arasında yolun açılması ilə məhdudlaşmır. Bilnə ilə Gendovun birbaşa avtomobil yolu ilə birləşdirilməsi faktiki olaraq Yardımlı və Lerik rayonları arasında daha qısa yol bağlantısının yaranması deməkdir.

Beləliklə, Xanhüseyn Hüseynovun şəxsi təşəbbüsü ilə görülən iş iki qonşu kəndi deyil, həm də iki rayonu bir-birinə daha da yaxınlaşdırıb.

Qeyd edək ki, Xanhüseyn Hüseynov ötən əsrin 80–90-cı illərində “Sən şamsan əgər”, “Mədinə”, “Səadət”, “Yandırdı məni” və digər mahnıların ifası ilə geniş tanınıb. Amma o, məclislərdə daha çox“Çahargah” və “Segah” muğamlarını ifa edib.

Xanhüseyn Hüseynovun oğlu İlham Hüseynov (İlham Xanhüseynoğlu) da atasının sənət yolunu davam etdirir və müğənni kimi fəaliyyət göstərir. Ata və oğul müxtəlif televiziya proqramlarında birlikdə də çıxış ediblər.

Xanhüseyn Hüseynov həm də Rusiya və MDB məkanında JONY adı ilə məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin əmisidir. JONY uşaqlıq illərində gələcəkdə əmisi kimi müğənni olmaq istədiyini deyib. 2023-cü ildə Bakıda keçirilən konsertdə isə əmi və qardaşı oğlu “Sən şamsan əgər, pərvanən olum” mahnısını birlikdə ifa ediblər.

Tarix
2026.08.12 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla