Yuxarı

Yasamalda dava: bir nəfərin üzü doğrandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda əvvəllər məhkum olunmuş şəxslə bir qrup gənc arasında ağır xəsarətlə nəticələnən dava düşüb.

Report-un xəbərinə görə, hadisə ötən gecə Şərifzadə küçəsi, "Kaktus" restoranının yaxınlığında qeydə alınıb.

5 nəfərdən ibarət qrupla 3 nəfər arasında söyüş üstündə mübahisə və əlbəyaxa dava olub. Dava bitdikdən sonra tərəflər barışığa dəvət edilib. Əvvəllər məhkum olunmuş Sahil adlı şəxslə Tural Musayev barışıq əlaməti olaraq qucaqlaşmaq üçün yaxınlaşıb. Bu zaman Sahil cibindəki ülgüclə T.Musayevin üzünün hər iki tərəfinə xəsarət yetirib. Üz nahiyəsi iki yerə ayrılan T.Musayev 1 saylı Şəhər Kliniki Mərkəzə çatdırılıb. Onun üzərində keçirilən əməliyyat bir neçə saat davam edib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb edilib. Dava zamanı Ceyhun adlı şəxsin də kəsici alətdən istifadə etdiyi məlum olub.

Araşdırmalar davam etdirilir.

Tarix
2016.10.24 / 10:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla