Yuxarı

Lalə Mahmudova vəkildən imtina etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və sevgilisi Sədi Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə qapalı keçirilən prosesdə Lalə Mahmudova vəkili Nüşabə Ağayevadan imtina edib.

Proses oktyabrın 28-də davam edəcək.

İttihama görə, ötən il sentyabrın 26-da Yasamal rayonunda paytaxt sakini L.Mahmudova Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək həyat yoldaşı 39 yaşlı Kamran Mahmudovun itkin düşməsi barədə məlumat verib. Hadisədən 5 gün sonra K.Mahmudovun öldürüldüyü müəyyən edilib. Cinayətin mərhumun həyat yoldaşı L.Mahmudova və sevgilisi S.Məmmədov tərəfindən törədildiyi müəyyən edilib. Hər 2 şəxs saxlanılıb. İstintaqla müəyyən edilib ki, sentyabrın 26-da gecə saatlarında S.Məmmədov L.Mahmudovanın yaşadığı evə gəlib. Kamran Mahmudovun yatdığından istifadə edən S.Məmmədov L.Mahmudova ilə əvvəlcədən qurduğu plan üzrə özü ilə gətirdiyi tapança ilə K.Mahmudovun baş nahiyyəsindən 3 dəfə atəş açıb. Onlar izi itirmək məqsədilə meyiti hissələrə bölərək bağlamalara yığıb İsmayıllı rayonunda meşədə basdıraraq Bakıya qayıdıblar.

Xatırladaq ki, L.Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, əri isə bizneslə məşğul olub.

Tarix
2016.10.24 / 17:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəisinin olduğu helikopterin siqnalı ya sönülü olub, ya da...

Hərbi xidmətlə bağlı tibbi müayinənin aparılması qaydası

Mincivan qəsəbəsinə nə qədər əhali köçürüləcək?

Şeyx Xameneiyə başsağlığı verdi

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər

"Azərişığ"ın yeni idarəsi ilə bağlı qərar

İtaliya onu Azərbaycana səfir təyin etdi

Edqars Rinkeviçs Azərbaycana gələcək

Bakı-İrəvan arasında sülhün əldə olunması... - Mierinya

İlham Əliyev Dayqa Mierinanı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla