Yuxarı

100 min müəllimin əmək haqqı artırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda gələn il əmək haqqı artırılan müəllimlərin sayı 100 min nəfərə çatdırılacaq. Bu da ölkə üzrə hər 3 müəllimdən birinin əmək haqqının artımla ödənilməsi deməkdir.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, ötən 2 il ərzində Bakı şəhərində və ölkənin 3 şəhər və 9 rayonunda dövlət ümumtəhsil müəssisələrində çalışan 60 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib: "Onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artrılıb. Bu il isə 26 rayonun - Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan, Neftçala, Qusar, Quba, Siyəzən, Şabran, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy və Şuşanın ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlər və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Qiymətləndirmədə iştirak edib zəif nəticə göstərən müəllimlər isə inkişaf yönümlü təlimlərə cəlb olunacaqlar. Diaqnostik qiymətləndirmə keçirilən rayonlar müəyyənləşdirilərkən ilk növbədə həmin rayonda müəllim-şagird nisbəti nəzərə alınır. 2015-ci ildə müəllim-şagird nisbəti 10-11-dən yuxarı götürülürdüsə, bu ildən o nisbət bir az da aşağı endi və 7-8 nisbətdə olan rayonlar diaqnostik qiymətləndirməyə cəlb olunacaqlar".

E.Bağırov bildirib ki, 2015-ci ildə keçirilən qiymətləndirmələrdə iştirak etməyən, qiymətləndirmədən keçməyən və eyni zamanda işə yeni qəbul edilən, yaxud iş yerini həmin rayonlara dəyişən, əmək haqqı əvvəlki qaydada ödənilən müəllimlər də bu il keçiriləcək qiymətləndirmədə iştirak edə biləcəklər.

E.Bağırov həmçinin deyib ki, bu ilki qiymətləndirmə də kompüter vasitəsilə, yəni proqram təminatı tətbiq edilməklə keçiriləcək.

Xatırladaq ki, 2014-cü ildə Bakıda, 2015-ci ildə isə ölkənin 3 şəhər və 9 rayonunda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.

Tarix
2016.10.26 / 11:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla