Yuxarı

"Ermənilərin Azərbaycanda nə işi var?"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər insidentlərin araşdırılması mexanizmi ilə əlaqədar Ermənistan xarici işlər naziri və digər rəsmi şəxsləri müxtəlif təhrifedici bəyanatlarla çıxış edirlər.

Bununla əlaqədar XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Axar.az-a açıqlamasında bildirib ki, insidentlərin araşdırılması mexanizmi hədəf deyil, münaqişənin həllinə xidmət edə biləcək köməkçi vasitələrdən biridir.

Onun sözlərinə görə, insidentlərin araşdırılması mexanizmi hədəf deyil, münaqişənin həllinə xidmət edə biləcək köməkçi vasitələrdən biridir: "Həqiqətən, ilk növbədə, ondan başlamalıyıq ki, insidentlər nəyə görə baş verir? Dövlət başçısı Münhen Təhlükəsizlik Konfransında əhatəli və məzmunlu çıxışı zamanı beynəlxalq auditoriya qarşısında bildirmişdi: "Sual ondan ibarətdir ki, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın".

H.Hacıyev qeyd edib ki, Ermənistan tərəfindən münaqişənin həlli prosesinin ən vacib hissəsi olan Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması məsələsi qəsdən arxa plana atılır, insidentlərin araşdırılması kimi texniki və köməkçi addım ön plana çəkilir və siyasi möhtəkirlik obyektinə çevrilir: "Tamamilə aydındır ki, Ermənistan bu mexanizm adı altında Azərbaycan ərazilərinin işğalını möhkəmləndirməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində verdikləri bəyanatlarda qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvonu saxlamağa çalışır. Biz dəfələrlə bildirmişik ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi kimi, insidentlərin araşdırılması mexanizmini də nəzərdən keçirməyə hazırıq".

Tarix
2016.11.21 / 17:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla