Yuxarı

Bu peşə sahiblərinə müjdə: Maaşları artırılacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər daha da sürətləndirilib. Məlumdur ki, sığorta ilə bağlı baza zərfi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Baza zərfinə 1800-ə yaxın tibbi müayinə və müalicə posedurları daxil edilib. Xəstəxanalara müraciətlər çoxalacağından həkimlərin maaşında artımlar olacaq.

İcbari tibbi sığorta sisteminin tətbiqindən sonra həkimlərin, eləcə də orta tibb işçilərinin maaşlarında artımların olacağı gözlənilir.

Xezerxeber.com bildirir ki, göstərdiyi xidmətin müqabilində həkimlər bonus əldə edəcək.

İcbari tibbi sığorta sisteminin tətbiqi zamanı ilk seçim Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət xəstəxanaları arasında aparılacaq. Sonradan agentliyin tələblərinə cavab verəcək özəl klinikalar da icbari tibbi sığorta xidmətini göstərə biləcəklər. Maaşların nə qədər artacağını söyləmək çətindir.

İcbari Tibbi sığorta üzrə dövlət agentliyinin şöbə müdiri Vüqar Qurbanov deyir ki, bu yanaşma həkimlərin işlərinin keyfiyyətini gündəmə gətirəcək.

İcbari tibbi sığorta sistemi ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçiriləcək.

Tarix
2016.11.21 / 23:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla