Yuxarı

“Azəravtoyol” gücləndirilmiş rejimə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən şaxtalı hava şəraiti yollarda ciddi problemə səbəb olmayıb.

Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəflinin APA-ya verdiyi məlumata görə, bəzi yolların buz bağlanması müşahidə edilib:

"Xüsusi ilə körpüləri, Bakı Dairəvi Yolunu buz bağlayıb. Buz bağlayan yollara duz-qum qarışığı səpilib. Hazırda yollarda hər hansı problem yaşanmır. Əgər hər hansı problem yaranırsa, bu həmin nəqliyyat vasitələrinin qışa hazır olmaması ilə bağlıdır. Bu bizim problem deyil, sürücülərin problemidir. Sürücülərin idarə etdiyi avtonəqliyyat vasitələri qışa hazır olmalıdır. Sürücülər yay şinləri ilə hərəkət edirsə, həmin nəqliyyat vasitələri mütləq şəkildə sürüşəcək".

A.Nəcəfli əlavə edib ki, ötən gecədən başlayaraq soyuq şaxtalı hava şəraiti səbəbindən "Azəravtoyol" gücləndirilmiş iş rejiminə keçib. "Biz hər payız-qış mövsümündə gücləndirilmiş iş rejiminə keçirik. Bununla əlaqədar öncədən tədbirlər planı hazırlanır. Soyuq hava şəraitində, qar yağanda xüsusi ilə nəzarət gücləndirilir. Bütün texnikalar hazır vəziyyətə gətirilir, qum-duz ehtiyatı toplanır".

Tarix
2016.11.23 / 10:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla