Yuxarı

AZAL Moskva reyslərinin artırır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hava Yolları QSC (AZAL) Bakıdan Moskvanın “Vnukovo” Beynəlxalq Aeroportuna müntəzəm reyslərin sayını artırır.

Axar.az xəbər verir ki, 2017-ci ilin mart ayından etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan “Vnukovo” aeroportuna hər gün iki reys yerinə yetiriləcək.

Müvafiq sazişi AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və “Vnukovo” aeroportunun baş direktoru Vasili Aleksandrov noyabrın 29-da Moskvada imzalayıblar. İmzalama mərasimindən sonra “Vnukovo” aeroportunda birgə mətbuat konfransı keçirilib.

Azərbaycan Hava Yolları QSC-nin vitse-prezidenti Eldar Hacıyev mətbuat konfransında bildirib ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlar yerli vaxtla səhər saat 08:00-da və 16:30-da yerinə yetiriləcək, Moskvaya eniş isə saat 10:10 və 18:40-a planlaşdırılıb. “Vnukovo” aeroportundan uçuş yerli vaxtla saat 11:10 və 19:40-da, Bakıya eniş isə yerli vaxtla saat 15:00 və 23:30-da olacaq. O əlavə edib ki, Moskvaya reyslər AZALJET aşağı büdcəli brendi ilə komfortlu Airbus A319 laynerləri ilə həyata keçirilir. Hazırda "Azərbaycan Hava Yolları" Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir. “Vnukovo” aeroportu ilə yanaşı, AZALJET Moskvanın “Domodedovo” aeroportuna, Sankt-Peterburqun “Pulkovo” aeroportuna, Mineralnie Vodı və Kazan şəhərlərinə reyslər, eləcə də Gəncədən Sankt-Peterburqa müntəzəm aviareyslər həyata keçirir. AZAL aviaşirkətinin Rusiyaya uçuşları ilə bağlı planlarından danışan E.Hacıyev vurğulayıb ki, şirkət qonşu ölkənin digər regionlarına da reyslər açmaq niyyətindədir.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayaraq bildirib ki, hava reyslərinin intensivliyi ölkəmizin ticari-iqtisadi, turizm sahələrində əməkdaşlığının genişlənməsinə təkan verəcək.

“Vnukovo” Beynəlxalq Aeroportunun baş ditrektoru Aleksandr Vasilyev bildirib ki, Azərbaycan aviaşirkətinin Rusiyaya uçuşlarının sayının artırılması iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha sürətlə inkişafından xəbər verir. A.Vasilyevin sözlərinə görə, AZAL şirkəti ilə əməkdaşlığın genişləndirilməsi hava limanın fəaliyyətinin prioritetlərindən biridir. “Biz AZAL ilə əməldaşlıq əlaqələrimizin genişləndirilməsinə xüsusi önəm veririk”, - deyə o vurğulayıb. “Vnukovo” aeroportunun rəsmisi vurğulayıb ki, hava limanında Azərbaycan reyslərinə xidmət göstərilməsi üçün hər bir şərait yaradılıb.

Qeyd edək ki, AZAL aviaşirkəti “Vnukovo” aeroportuna müntəzəm uçuşlara 2015-ci ildən başlayıb.

Tarix
2016.11.29 / 13:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla