Yuxarı

Şura 2017-ci il qrant müsabiqəsinin şərtlərini açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il qrant müsabiqəsinin qayda və şərtləri haqqında məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.

Axar.az xəbər verir ki, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə və QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq qurumun 2017-ci il qrant müsabiqəsinə təklif olunan mövzular, şərtlər, qaydalar və yenilənmiş elektron proqram təminatı haqqında məlumat verib. İcraçı direktor Şuranın 2017-ci il qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi məqsədi ilə yüzlərlə QHT-nin iştirakı ilə keçirilmiş ictimai müzakirədə səsləndirilən rəy və təkliflərin nəzərə alındığını bildirib.

Şura üzvləri Nərgiz Xələf, İlqar Məmmədov, Emin Həsənli Şahin İsmayılov, Əliməmməd Nuriyev və Rufiz Qonaqov 2017-ci il qrant müsabiqəsinin mövzuları, şərtləri, QHT-lərin layihələrin qəbulu üzrə elektron xidmətlə bağlı təlimatlandırılması və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra iclasın gündəliyində olan məsələ səsə qoyularaq qəbul edilib.

Tarix
2016.11.29 / 18:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla