Yuxarı

Universitet onları belə sevindirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Pedaqoji Universitetində Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin təşəbbüsü ilə 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr edilmiş “Dünyamıza xoş gəldiniz” adlı rəsmi və bədii hissədən ibarət tədbir keçirilib.

Bu haqda Axar.az-a universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən 4 korreksiya və reabilitasiya uşaq mərkəzinin – Daun sindromlu uşaqların Reabilitasiya Mərkəzinin, Bakı Autizm-İdman və Yaşam Klubunun, Elit Autizm Türkiyə-Azərbaycan Mərkəzinin və Psixoqamma Psixoloji Mərkəzinin təxminən 30-dan çox xüsusi qayğıya ehtiyacı olan uşaqlarının rəsm əsərləri nümayiş etdirilib.

Tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov uşaq mərkəzlərinin nümayəndələrini və valideynləri rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməsindən məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, ADPU ilə uşaq mərkəzlərinin daim birgə belə fərqli tədbirlər keçirməsi artıq ənənə halını alıb və bu ənənəni yaşatmaq, inkişaf etdirmək vacibdir. Uşaqların çəkdiyi rəsm əsərləri ilə tanış olan rektor bu əsərlərdən məmnun qaldığını bildirərək onlara uğurlar arzulayıb.

Mərkəz rəhbərləri və valideynlər tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Sonda videoçarxlar nümayiş olunub, daun sindromlu uşaqlar fləşmob nümayiş etdirərək, tələbələrlə rəqs edib.

Tarix
2016.12.01 / 23:44
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Böyük Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla