Yuxarı

Turizm şirkətlərinə yeni tələblər qoyulur - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda turistlərin təhlükəsizliyi baxımından yeni tələblər qoyulur. Yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinə əsasən, turizm təşkilatçıları bu tələblərə riayət etməlidirlər.

Xəzər xəbər məlumat verir ki, şirkətlər xaricə turist yola salarkən onlara mütləq qaydada bəzi məlumatları verməli olacaqlar. Söhbət səyahət zamanı turistin rastlaşa biləcəyi, həyat və sağlamlığıqlarına təhlükə ola biləcək bütün vəziyyətlərdən gedir. Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edir ki, bu məsələnin qanunla tənzimlənməsi çox əhəmiyyətlidir.

Müzəffər Ağakərimov bu addımı xarici ölkələrdə xüsusilə terror hallarının artması ilə əlaqədar olduğunu qeyd edir. Başqa sözlə, vətəndaşlar xaricə gedərkən başına gələ biləcəklərdən xəbərdar və buna hazır olmalıdırlar.

Turizm şirkətləri turistə lazımı informasiyaları həm şifahi, həm də yazılı formada təqdim edəcək. Bu məlumatlar ekstremal vəziyyətlərdən çıxış yolları olacaq.

Tələblərə əsasən turizm təşkilatçıları səyahət zamanı baş verən neqativ hal haqqında dərhl turistin qohumlarına da xəbər verməli olacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2017.01.15 / 01:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

Sülhməramlıların son partiyası Qarabağı tərk edir - Video

Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla