Yuxarı

TRT-də millət vəkilimiz haqda süjet – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin paytaxtı Ankarada millət vəkili Q.Paşayevanın “Vatan kokusu” kitabının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, İLESAM-ın təşkilatçılığı ilə keçirilən mərasimdə TÜRKSOY, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, türk dünyasının aydınları, QHT və KİV rəsmiləri iştirak edib.

Mərasimdə çıxış edən İLESAM başqanı Məhməd Nuri Parmaksız Q.Paşayevanın “Vatan kokusu” kitabı barədə danışıb və bu kitabın türk millətinin gənc nəsilləri üçün önəmli olduğunu bildirib.

İLESAMA, kitabın Türkiyə türkcəsində nəşrində əməyə keçən hər kəsə təşəkkür edən millət vəkili Q.Paşayeva Məhsəti türklərinin öz vətənlərindən zorla sürgününü qələmə aldığı “Vatan kokusu” kitabı barədə geniş məlumat verib və türk dünyası aydınlarının iştirakı ilə təqdimatın keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Dağlıq Qarabağ, Məhsəti, Krım, Kərkük, Türkməndağından danışan, türk dünyasının problemləri və çıxış yolları barədə geniş məruzə ilə çıxış edən Q.Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb.

Tədbirin sonunda “Vatan kokusu” kitabının imza mərasimi keçirilib. Millət vəkili Q.Paşayeva tədbir iştirakçıları üçün kitablarını imzalayıb və bir sıra türk toplumlarının QHT rəhbərləri, aydınları ilə görüşərək, fikir mübadiləsi aparıb.

Qeyd edək ki, TRT Avaz kanalı “Vatan kokusu” kitabı ilə bağlı süjet yayımlayıb.

Tarix
2017.01.30 / 14:42
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla