Yuxarı

MTRŞ onlarla bağlı polisə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Televiziya və Radio Şurası (MTRŞ) Bakıda qanunsuz fəaliyyət göstərən kabel televiziyaları ilə bağlı hüquq-mühafizə və vergi orqanlarına müraciət edib.

MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov Trend-ə bildirib ki, qanunsuz kabel televiziyaları xüsusən yeni tikilən binalarda fəaliyyət göstərir:

“Yeni bina tikiləndə heç bir lisenziya olmadan gəlib qurğular qoyaraq qanunsuz kabel televiziyası yayımı ilə məşğul olurlar”.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 30-dan artıq lisenziyası olan kabel və İP televiziyası fəaliyyət göstərir:

“Qanunsuz fəaliyyət göstərən kabel televiziyalarının sayı isə çoxdur. Bunu dəqiq müəyyən etmək çox çətin məsələdir və hər binada bunları aşkara çıxarmaq olmur. Biz qanuni fəaliyyət göstərən kabel və İP televiziyalarının siyahısını hüquq-mühafizə və vergi orqanlarına təqdim etmişik. Artıq onlar bu siyahı əsasında hansı televiziyaların qanuni fəaliyyət göstərdiyini bilirlər və qanunsuz kabel televiziyaları ilə bağlı özləri tədbirlər görürlər”.

N.Cavadov vətəndaşların da diqqətli olmasının vacibliyini bildirib: “Vətəndaşlar bu kabel televiziya kanallarına qoşulan zaman onların qanuni olub-olmadığı ilə maraqlanmalıdırlar. Bu, həm vətəndaşlar üçün, həm də dövlət üçün faydalıdır”.

Tarix
2017.01.31 / 14:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla