Yuxarı

“Baksell” qalibləri Mançesterə göndərdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baksell” şirkətinin “Bakutel 2016” sərgisi çərçivəsində təşkil etdiyi mini-futbol çempionatının qalibləri- Nicat Qapançızadə, İsmayıl İsmayılzadə və Anar Məmmədov 10-13 fevral 2017-ci il tarixləri arasında Mançesterə səfər ediblər.

Şirkətdən Axar.az-a verilən məlumata görə, səfər zamanı klub rəsmiləri tərəfindən qonaqlar üçün “Mançester Yunayted” – “Vatford” oyununu izləmək, “Old Trafford” stadionuna turda iştirak etmək və klubun muzeyini ziyarət edərək onun tarixi ilə tanış olmaq imkanı yaradılıb.

Qaliblər səfərlə bağlı fikirlərini belə ifadə ediblər:

İsmayıl İsmayılzadə: “Səfərim çox fərqli və maraqlı keçdi. Yeni bir təcrübə oldu mənim üçün. Səfər ərzində yeni yerlər, yeni insanlarla tanış oldum və maraqlı xatirələrlə geri qayıtdım. “Old Trafford” stadionu isə həqiqətən möhtəşəmdir. Onun xəyallar teatrı olmasının canlı şahidi oldum və bu hissləri bir daha yaşamaq istərdim. Bu fürsəti mənim üçün yaratdığına görə “Baksell” şirkətinə təşəkkürümü bildirirəm”.

Nicat Qapançızadə: “Mançesterə səfər zamanı yaşadığım unudulmaz hissləri sözlə ifadə etməyə çətinlik çəkirəm. Həqiqətən çox maraqlı və fərqli keçdi. “Baksell”ə xüsusi təşəkkürümü bildirirəm”.

Anar Məmmədov: “Yadda qalan və əsrarəngiz bir səyahət oldu. Çox maraqlı keçdi. Bu səfərin təşkilində əməyi olan bütün əməkdaşlara təşəkkür edirəm. Çox sağ ol, “Baksell!”

Qeyd edək ki, Azərbaycanın futbol üzrə milli komandasının sponsoru və “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan Bakcell şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə tərəfdaşlıq çərçivəsində ölkədə futbolun inkişafı, təbliği və kütləviliyi məqsədilə icra edilən müxtəlif layihələri dəstəkləyir.

Tarix
2017.02.27 / 16:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ermənistanda Azərbaycanla bağlı cinayət işi bağlandı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla