Yuxarı

“Nazirliyin binasına baxmaq da pulla idi” – Nazirin bir ili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mikayıl Cabbarovun uğurları haqqında danışmaq hələ çox tezdir".

Bu sözləri "Axar.az"a təhsil üzrə ekspert Nabatəli Qulamoğlu Mikayıl Cabbarovun Təhsil naziri təyin olunmasından ötən bir il ərzində gördüyü işləri şərh edərkən bildirdi.

İslahatlar aparıldı

Onun sözlərinə görə, yeni nazirin gəlişi ilə kadr islahatları, nazirliyin bütün strukturunda yenilənmə baş verdi: "Nazirliyə yolu düşən adam hiss edir ki, yenilik var. Əvvəllər hər addımda, hətta nazirliyin binasına buraxmaq üçün pul tələb edilirdi. Ancaq indi müəyyən qədər dəyişikliklər var. Yeni olduğu üçün az da olsa nazirdən çəkinirlər".

Ekspert əlavə edir ki, buna baxmayaraq, Mikayıl Cabbarovun gəlişi təhsildə gözlədiyimiz sıçrayışa səbəb olmadı: "Əlbəttə, Mikayıl Cabbarov təhsilin "ağ atlı oğlanı" deyil, sehirli çubuğu da yoxdur. Bu, sistem məsələsidir. Hər şey sistem şəkilində dəyişməlidir. Bu gün yeni məktəblər tikilir, ancaq bunun təhsilin inkişafına dəxli yoxdur. Bununla təhsili qaldırmaq olmaz. Təhsildə əsas məsələ daxili faktordur. Birinci faktor kadr məsələsidir. Tam məsuliyyətimlə deyə bilərəm ki, Azərbaycanda müəllimlər normal kadrların heç on faizini ödəmir. Bax, bu işin öhdəsindən Mikayıl Cabbarov hələ ki, gələ bilməyib".

N.Qulamoğlu bildirir ki, nazir təhsilin ən böyük problemlərindən olan müəllimlərin əməkhaqqı məsələsini də həll edə bilməyib: "Müəllimlərin əmək haqqı məsələsi hələ də problem olaraq qalıb".

Ekspert qeyd edir ki, bu gün Azərbaycanda təhsil bazarı yoxdur: "Müəyyən mənada müəllim öz təhsilini satmalıdır. Amma Azərbaycanda təhsil bazarı yoxdur. Heç bunun nə vaxtsa yaranmasını da təsəvvür etmək mümkün deyil".

N.Qulamoğlu hesab edir ki, təhsil sahəsində dəyişiklər edilməsi üçün müəyyən cəhdlər var: "Mart ayında Təhsil Nazirliyi inkişaf mexanizmi hazırlayıb Nazirlər Kabinetinə verməli idi. Hanı o mexanizm? Yoxdur. Niyə? Bu suala cavab tapılmalıdır".

Qeyd edək ki, bu gün Təhsil Naziri Mikayıl Cabbarovun nazir təyin edilməsindən 1 il ötür. O, 2013-cü ilin aprel ayının 22-də Təhsil Naziri təyin edilib. M.Cabbarov 1998-2013-cü illərdə təhsil naziri olmuş Misir Mərdanovu əvəz edib.

Tarix
2014.04.23 / 15:42
Müəllif
Şəmsəddin Ensar
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla