Yuxarı

Əli Həsənovun məqaləsi Mərakeş qəzetində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabları barədə məqalə dərc edilib.

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyindən Axar.az-a bildiriblər ki, məqalədə hər iki əsərin Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində təqdimatının keçirildiyi diqqətə çatdırılıb. Səkkiz dildə nəşr olunan hər iki kitabda XX və XXI-ci əsrlərdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin təhlil olunduğu qeyd edilib. Məqalədə bildirilir ki, kitablarda ermənilərin dinc əhaliyə qarşı törətdikləri müharibə cinayətləri, soyqırımı aktı təkcə azərbaycanlılara deyil, bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.

Tarix
2017.03.19 / 18:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla