Yuxarı

Sərnişinin həyatını xilas edən sürücü mükafatlandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərnişinin həyatını xilas edən sürücüyə Bakı Nəqliyyat Agentliyi tərəfindən mükafat olaraq “Təşəkkürnamə” verilib.

Axar.az xəbər verir ki, avtobusda qəflətən halı pisləşən sərnişinə ilk tibbi yardım göstərən sürücü Zakir Akif oğlu Həsənov ilə martın 29-da Bakı Nəqliyyat Agentliyində görüş təşkil edilib.

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib ki, “Bakı Bus” MMC-nin sürücüsü Zakir Həsənovun xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirəlayiqdir. Bu gün ictimai nəqliyyatda xidmət göstərən sürücü nəqliyyat vasitəsini idarə etməklə yanaşı, sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün zəruri bilik və bacarıqlara da malik olmalıdır.

Baş direktor qeyd edib ki, sürücülərin bu istiqamətdə maarifləndirilməsi və praktik təlimlərə cəlb edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyi daşıyıcılar qarşısında qanunvericilikdən irəli gələn tələblər qoyub. Agentliyin Sürücü Təlim Mərkəzi istifadəyə verildikdən sonra bu sahədə nəzərdə tutulan tədbirlər daha təkmil formada həyata keçiriləcək.

Sonda sürücü Zakir Həsənova Bakı Nəqliyyat Agentliyinin baş direktoru adından təşəkkürnamə təqdim edilib. Sürücü ona göstərilən diqqətə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, tibbi yardıma ehtiyacı olan sərnişinə ilk yardım göstərməklə, üzərinə düşən vəzifəni və insanlıq borcunu yerinə yetirib.

Xatırladaq ki, martın 26-da “Bakı Bus”a məxsus 8 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişinin halı qəflətən pisləşib. Bu zaman sürücü avtobusu saxlayaraq halı pisləşmiş sərnişinə yardım edib. Sürücü huşunu itirən sərnişini avtobusun salonundan kənara çıxararaq, avtobusda olan tibbi yardım vasitələrindən istifadə etməklə ona ilk tibbi yardımı göstərib. Bundan sonra sürücü sərnişini əraziyə çağırılmış təcili tibbi yardım əməkdaşlarına təhvil verib.

Tarix
2017.03.29 / 21:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla