Yuxarı

MBNP-dən QHT-lərlə bağlı banklara göstəriş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyi ilə qeyri-hökumət təşkilatları (QHT) və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri arasında görüş keçirilib.

MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov APA-ya bildirib ki, Palata rəbərliyinin təşəbbüsü ilə keçirilən görüşdə “Nağdsız hesablaşmalar haqqında” qanundan irəli gələn məsələlər müzakirə olunub.

Görüşdə QHT rəhbərləri üzləşdiyi çətinliklərə toxunaraq qeyd ediblər ki, bəzi banklar 5000 manatdan artıq vəsaiti nağdlaşdırmağa icazə vermir. Bundan başqa, Palata rəhbərliyinin diqqətinə çatdırılıb ki, vəsaitin nağdlaşdırılması zamanı tutulan 1% komisyon haqq yüksəkdir. QHT rəhbərləri digər texniki məsələləri də MBNP rəhbərliyinin diqqətinə çatdırıb.

Çıxış edən MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə sözügedən qanunun vacibliyinə toxunaraq qeyd edib ki, sənədin qəbulu iqtisadiyyatın şəffaflaşdırılması baxımından olduqca önəmlidir.

R.Aslanlı əlavə edib ki, rəhbərlik etdiyi qurum tərəfindən banklara məktub ünvanlanıb və bildirilib ki, qanunvericiliyə görə, satınalmalarda iştirak edən şəxslər tərəfindən 5000 manatdan çox vəsaitin nağdlaşdırılması qadağandır. Banklar isə bunu yanlış anlayıb və qrantların nağdlaşdırmasına qadağa və limit tətbiq edib. R.Aslanlı görüş iştirakçılarının nəzərinə çatdırıb ki, artıq bununla bağlı banklara müvafiq göstəriş verilib və problem aradan qaldırılıb. Beləliklə, QHT-lər 15 000 manata qədər olan vəsaiti nağdlaşdıra biləcək.

QHT rəhbərləri bu addımı müsbət qarşılayıb. Bundan başqa, görüş iştirakçıları qeyd edib ki, nağdlaşdırılmasına icazə verilən 15 000 manat məbləğin limiti azdır. Buna cavab olaraq R.Aslanlı qeyd edib ki, bu, qanundan irəli gələn məsələdir.

Tarix
2017.04.29 / 20:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla