Yuxarı

Bu maşınların Bakı qadağası uzadıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildən Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarına əsasən, rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin yay aylarında saat 07.30-dan axşam saat 21.00-dək Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər tətbiq olunur. Həmin məhdudiyyətlər indiyə qədər qüvvədədir.

APA-nın məlumatına görə, bunu bu gün Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuat konfransında deyib.

K. Əliyev bildirib ki, Bakıda qeydiyyatı olmayan nəqliyyat vasitələrinin sürücüləri bilməlidirlər ki, Bakıya daxil olmaq istəyirlərsə, nəqliyyat vasitələrini şəhər girişində yaradılmış dayanacaqlarda yerləşdirməklə ictimai nəqliyyatdan, yaxud taksilərdən istifadə etməklə şəhərə gələ bilərlər: “Rayonlardan gələn nəqliyyat vasitələri saat 21.00-dan sonra şəhərə daxil ola bilərdi. IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi müddətdə Bakıya daxil olma ilə bağlı məhdudiyyətin tətbiqi vaxtı fərqlidir. Rayon qeydiyyatı olan nəqliyyat vasitələrinin Bakıya daxil olmasına səhər saat 07.00-dan axşam saat 22.00-dək məhdudiyyət qoyulub”.

Tarix
2017.05.20 / 12:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla