Yuxarı

Taktiki-xüsusi təlim keçirildi - MN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səyyar sanitar epidemioloji dəstənin taktiki-xüsusi təlimi keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, 2017-ci tədris ilinin hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi Sanitar epidemioloji nəzarət mərkəzində “Səyyar sanitar epidemioloji dəstənin hərəkəti, açılması və səhra şəratində işinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd səyyar sanitar-epidemioloji dəstənin fəaliyyət sahəsinin düzgün seçilməsi, xüsusi texnika və avadanlığın yerləşdirilməsi, və işin təşkili üzrə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, sanitar epidemioloji və bakterioloji kəşfiyyatın aparılması, səhra şəraitində bakterioloji vasitələrin, radioaktiv maddələrin və döyüş zəhərləyici maddələrin indikasiyası, ocaqlı deqazasiya, dezaktivasiya və dezinfeksiya işlərinin aparılması olub.

Şərti düşmənin kütləvi qırğın silahı tətbiq etdiyi ərazidə dozimetrik ölçmələrin aparılması, bioloji vasitələrin, radioaktiv maddələrin və döyüş zəhərləyici maddələrin indikasiyası məqsədilə nümunələrin götürülməsi, çirklənmə ocağının sərhədlərinin təyini, dozimetrik ölçmələrin nəticələrinin qiymətləndirilməsi, bakterioloji və toksiko-radioloji tədqiqlərin aparılması da praktiki yerinə yetirilib.

Tarix
2017.05.27 / 17:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla