Yuxarı

Polisin öldüyü dəhşətli qəza anının - Videosu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:38

Bakıda bu gün səhər saatlarında polis əməkdaşlarının düşdüyü yol qəzasının görüntüləri yayılıb.

Toqquşma anını əks etdirən görüntüləri APA-ya şahidlər təqdim ediblər.

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində Səbail rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünə məxsus olan “Fiat Doblo” markalı, 99 AP 658 dövlət qeydiyyat nişanlı avtomobil və 10 VV 155 dövlət qeydiyyat nişanlı, “Porşe Kayenne” markalı maşın toqquşub.

Qəza polis serjantı, 24 avqust 1992-ci ildə anadan olmuş Zeynallı Emin Adil oğlunun idarə etdiyi avtomobilin SOCAR yanacaqdoldurma məntəqəsinə dönməsi zamanı baş verib.

"Fiat Doblo"ya arxadan yüksək sürətlə çırpılan "Porşe Kayenne"i Suraxanı sakini, 1974-cü il təvəllüdlü Məmmədov Rövşən Aydın oğlu idarə edirmiş. Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Məmmədov Travmotologiya İnstitutuna yerləşdirilib.

Qəzada ölən Emin Zeynallı 1 il imiş ki, polis sıralarında xidmətə başlayıbmış.

Tarix
2017.05.30 / 22:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla