Yuxarı

Siqaret kötüyünü yerə atanlar cərimələnəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan edilir.

Trend-in məlumatına görə, bununla bağlı müddəa "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində əksini tapıb.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Musa Quliyev deyib ki, qanun layihəsi qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsində bununla bağlı cərimələr müəyyənləşəcək: "İndidən cərimənin məbləğinin nə qədər olacağını demək çətindir, ancaq cərimələr mütləq müəyyənləşəcək".

Həmçinin, qanun layihəsinə əsasən, əgər siqaret çəkən şəxs bunun nəticəsində digər şəxslərin sağlamlığına və ya əmlakına ziyan vurarsa, bunu ödəmək məcburiyyətində olacaq.

Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirə edilərək qəbul olunub.

Tarix
2017.06.22 / 21:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla